“Taliban” fəal şəkildə zirehli texnikaları, o cümlədən tankları İranla sərhədə aparır.
KONKRET.az xəbər verir ki, bu barədə İslam Respublikasının təsiri altında olan Hizbullah hərbi-siyasi təşkilatı məlumat verib. Məlumata görə, Əfqanıstan “Taliban” hərəkatının silahlı qüvvələri İranın Əfqanıstanla sərhədinə hərbi texnika, xüsusilə də tanklar daşıyır.
İran sərhədçiləri əlavə qüvvələr tələb edir. Tanklar onlara doğru yönəldilib. Vəziyyət mənfi ssenari üzrə inkişaf edir.
“Taliban”ın yüksək rütbəli rəsmilərindən biri də sərhədə gəlib.
Xuraman Etibarlı,
KONKRET.az
