“Biz yeni Əfqanıstan administrasiyasının Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini hiss etdik”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov “Rossiya-1” telekanalına açıqlamasında bildirib.
Kabulov Talibanla dialoqun “dostluq” olduğunu və formal xarakter daşımadığını qeyd edib.
Xatırladaq ki, Rusiya nümayəndə heyəti martın 24-də paytaxt Kabildə “Taliban” höküməti ilə görüşlər keçirib. “Taliban” danışıqlarda Moskva ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını açıqlayıb .
İqbal Rzayev,
KONKRET.az
