Əfqanıstanda Taliban hərəkatı nazirliklərin əməkdaşlarına saqqalsız işə çıxmağı qadağan edib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Əfqanıstan Təhsil Nazirliyinin nümayəndələri bildirib.
Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, oxşar problem artıq digər nazirliklərin əməkdaşlarına şamil edilib.
Taliban sərəncamın icrasına nəzarəti Qadağalar Nazirliyinin əməkdaşlarına tapşırıb.
Bu vəziyyət ənənəvi baş geyimləri və saqqal saxlamaq istəməyən əfqan gənclərini narahat edir.
Xatırladaq ki, 2021-ci ilin dekabrında Taliban nümayəndələri saqqal uzatmaqda israr etməyəcəklərini bildirib. Qeyd edək ki, 2021-ci il avqustun 15-də Taliban qüvvələri paytaxt Kabili ələ keçirib Əfqanıstanda hakimiyyəti ələ aldı.
İqbal Rzayev
KONKRET.az
