Tanınmış azərbaycanlı rəssam VƏFAT ETDİbackend

Tanınmış azərbaycanlı rəssam VƏFAT ETDİ

Tanınmış rəssam Rakif İsmayılov vəfat edib.

KONKRET.az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət öncə onun ayağı amputasiya olunmuşdu.

Qeyd edək ki, R.İsmayılov Masallının Ağakişibəyli kəndində anadan olub. O, Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Daha sonra Moskvada təhsilini davam etdirib, Xalq rəssamı Tahir Salahovdan 4 il təhsil alıb. Ölkədə portretçi rəssam kimi tanınıb. İsmayılov son illərini Bakının Nizami küçəsində turistlərin portretini çəkməklə keçirib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*