Tanınmış jurnalist Azərbaycandakı bahalıqdan ŞİKAYƏTLƏNDİbackend

Tanınmış jurnalist Azərbaycandakı bahalıqdan ŞİKAYƏTLƏNDİ

Azərbaycan Turizm Blogerləri Asosiasiyasının sədri, jurnalist Azər Qərib ölkədə hotellərin qiymətlərinin baha olması məsələsinə toxunub.

KONKRET.az-ın məlumatına görə, bloger bildirib ki, Azərbaycanda yalnız hotellər deyil, digər ölkələrlə müqayisədə başqa şeylər də bahadır:

“Məsələn bizdə maska 30 qəpikdir, Moskvada 4 qəpik, amma sözüm onda deyil. Hotellərin qiymətləri söhbətinə gələndə nədənsə hamı 5 ulduzlu hotellərin qiymətlərini misal gətirir.

Heç bir ölkədə 5 ulduzlu hotel ucuz deyil, nə rifahlı Avropada, nə acından günorta duran Maldiv adalarında.

Düzdür, xidmət (servis) sarıdan biz hələ ki, beynəlxalq standartlara tam çatmırıq, amma fakt budur ki, 5 ulduzlu hotel ucuz ola bilməz.

Ələlxüsus satış varsa, heç bir sahibkar öz malını ucuz satmaz, bəyənsək də belədir, bəyənməsək də. Yüksək maaş alan Almaniyada da belədir, qəpik-quruş alan Efiopiyada da”.

Onun sözlərinə görə, ölkənin turistik və hotel potensialı 5 ulduzlu hotellərlə ölçülmür:

“Əgər belə hotellərə alternativ varsa, əgər insanlar öz ciblərinə uyğun gecələmə imkanlarını əldə edə bilirlərsə bu, müsbət faktor kimi dəyərləndirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*