Tanınmış kinorejissor həbs olundubackend

Tanınmış kinorejissor həbs olundu

İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulofu 8 il həbs, cərimə və əmlakı müsadirə ilə cəzalandırıb.

KONKRET.az Mehr-ə istinadla xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

Bu, Rəsulofun “Müqəddəs Əncirin Toxumu” (2024) filmi Kann Film Festivalı üçün seçildikdən sonra baş verib.

Vəkil bildirib ki, Rəsulof “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək” niyyəti ilə işlətdiyi ifadələr və filmlər çəkdiyi üçün həbs cəzasına məhkum edilib.

İranlı rejissor son cəzasını 2022-2023-cü illərdə çəkib və səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb. (yeni sabah)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*