Tanınmış şairə cinayət işi açıldı – İyunun 12-də hakim qarşısına ÇIXACAQbackend

Tanınmış şairə cinayət işi açıldı – İyunun 12-də hakim qarşısına ÇIXACAQ

Tanınmış şair, publisist Qalib Şəfahət xüsusi ittiham qaydasında məhkəməyə verilib.

KONKRET.az xəbər verir ki, şair Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə təqsirli bilinir.

Şikayətə Naftalan rayon Məhkəməsində, hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq. Prosesin ilk iclası iyunun 12-də baş tutacaq.

Qeyd edək ki, Qalib Şəfahət kimi tanınan Bağırov Qalib Xanoy oğlu 1973-cü ildə Gədəbəyin Parakənd kəndində ziyalı ailəsində doğulub.  Ehtiyatda olan tibb xidməti kapitanıdır. Hazırda həkim–kardioloq vəzifəsində çalışır.

Qalib Şəfaətin şeirləri “Ədəbiyyat qəzeti”, “Təbib”, “Şəhriyar”, “Çağ” qəzetlərində, “Ulduz” və “Azərbaycan” jurnallarında davamlı olaraq çap olunur. Onun əsərləri Türkiyədə, Rusiyada nəşr olunub, İranda yeni kitabı çapa hazırlanır.

“Cəsarətli Qələm”, “İbn Sina” diplomlarına layiq görülüb. “Mənə ürək verin” (2010), “Əllərindəki göyüzü” (2013), “Kırık merdiven” (Türkiyə, 2017) və başqa kitabları işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Nazim QƏNİYEV

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*