Tanınmış telejurnalist YAP-dakı vəzifəsindən ayrıldı – AÇIQLAMAbackend

Tanınmış telejurnalist YAP-dakı vəzifəsindən ayrıldı - AÇIQLAMA

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, o, özünün facebook səhifəsində bununla bağlı məlumat verib:

“Əziz Həmkarlar, Dəyərli Dostlar! Bu gündən səhhətimdə yaranan müvəqqəti narahatlıqlarla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatındakı işimdən ayrıldım. Hazırda lazımi prosedurlar qəbul edirəm.

Ötən müddət ərzində səlahiyyətim daxilində KİV və ictimaiyyət nümayəndələri ilə səmərəli və işgüzar fəaliyyət göstərməyə çalışdım. Mənə göstərilən yüksək dəstəyə görə partiyamızın Mərkəzi Aparatının rəhbərliyinə, fədakar kollektivinə, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, şəhər (rayon) təşkilatlarının və YAP Parlament fraksiyasının dəyərli nümayəndələrinə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi daim Partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin və Partiyamızın Sədrinin Birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vətənimizin tərəqqisi və ölkəmizin daha da inkişafı naminə var gücümlə çalışacam”.

Hər birinizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm cansağlığı, xoş günlər arzulayıram. Dərin hörmət və sayğılarla, Qeyd edək ki, telejurnalist Elməddin Quliyev ötən ilin mayından Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2022-ci il yanvarından İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*