Tarixi binada mansardı vəzifəli şəxs tikdirib – YENİLƏNİBbackend

Tarixi binada mansardı vəzifəli şəxs tikdirib - YENİLƏNİB

Bakıda tarixi binanın üzərinə tikilən mansardla bağlı maraqlı məlumatlar üzə çıxıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, mansard vaxtilə Bakı sovetinin sədri işləmiş Sənan Əlizadə tərəfindən tikilib. 2009-cu ildə bu obyekt “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə satılıb. Hazırda mansardın kimə məxsus olması ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Əlizadə 1990-93-cü illərdə Bakı sovetinin sədri işləyib. 2008-ci ildə 65 yaşında vəfat edib.

***

 15:33
Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib.

KONKRET.az xəbər verir ki, memarlıq abidəsinin üzərində 2016-cı ildə artırılmış qanunsuz mansardın sökülməsinə başlanılıb.

Belə ki, qanunsuz tikili ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər qeydə alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar qurumları qanunsuz tikilini sökməyə qərar veriblər.

Qeyd edək ki, tarixi bina “Nizami” kinoteatrının yanında, kinoteatrın arxasında yerləşən bağla üzbəüzdür. Azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur. Unikal memarlıq elementləri ilə seçilən bina “L’Art Nouveau” stilində ucaldılıb. /report/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*