Tariximizin ən şərəfli səhifəsi yazılır – Xalq, Rəhbər və Ordu birliyi öz sözünü deyirbackend

Tariximizin ən şərəfli səhifəsi yazılır - Xalq, Rəhbər və Ordu birliyi öz sözünü deyir

Akif ƏLİ, əməkdar jurnalist, yazıçı-publisist

…O gecə hamı şirin bir yuxu görürdü.

Görürdü ki, Ali Baş Komandan əmr verib, Ordumuz işğalda olan torpaqlarımızın azad edilməsi üçün hücuma keçib, igid əsgərlərimiz ard-arda kəndləri, rayonları azad edə-edə irəliləyirlər… Yuxunun ən şirin məqamı düşmənin başına od ələnməsi, keçilməz sayılan istehkamların darmadağın edilməsi, bağrı yarılmış lovğa ermənilərin “Vay, ara, Türklər gəlir!” deyib arxaya baxmadan qaçması idi…

…Amma hamı səhər yuxudan oyanıb gördü ki, bu yuxu deyilmiş. Həqiqət imiş. Doğma torpaqları 30 ildir ancaq yuxularında görən azərbaycanlıların şirin yuxusu çin olmuşdu. Ali Baş Komandan həqiqətən əmr vermişdi, Ordumuz hücuma keçmişdi, kəndlərimiz bir-bir azad edilmiş, ermənilər “Vay, ara!” deyə qaçmağa başlamışdılar…

Prezident demişdi axı, əgər erməni ölmək istəmirsə, torpaqlarımızdan rədd olsun!  Lovğa ermənilər isə söykəndikləri iri cüssəlilərə daha bərk-bərk sığınaraq üzümüzə irişir, azərlərə lağ edir, Qarabağda dədəsinin mülkü kimi ev tikir, yol çəkir, köç salırdı.

30 il biz bu həyasızlığa baxa-baxa, dağıdılmış ev-eşiyimizi, doğma kəndlərimizi,  dağlarımızı, bulaqlarımızı yuxuda görə-görə, ürəyimiz dağ ola-ola dözdük. Dözə-dözə öldük. Ölənlər də, dözənlər də ancaq Qarabağ torpağında ölmək arzusu ilə dözürdü. Heç kimin heç bir arzusu yox idi, tək Qarabağı görmək istəyindən başqa ..

Biz o qədər dözdük ki, faciəmiz də lətifəyə döndü: “Bəs Lazım müəllim nə vaxt gələcək?!”

Amma hamının səbri tükənsə də, Prezident səbrlə məqamı gözləyirmiş. Opponentləri tərəfindən ən kəskin tərzdə tənqid olunsa da, onu sevənlərin iradəsinə inanıb səbrlə dünyanın oyunlarına, erməni teatrının tamaşalarına dözürdü və deyirdi: biz nəyi nə vaxt necə etməyi yaxşı bilirik!

Doğru çıxdı. O, məqamını bilirmiş. Bu doğrunu görən xalqın Prezidentə inamı birə yüz artdı. Reytinqi yüksəldi. Hər kəs sevinc göz yaşları içində “Yaşa, min yaşa ki, bizə Qarabağda ölməyə yox, öldürməyə şans yaratdın!” – dedi.

İndi bütün Türk dünyası, bütün haqsevər ölkələr Azərbaycan Prezidentindən danışır. Bütün xarici tele-radio kanalları, saytlar, sosial şəbəkələr İlham Əliyevin cəsarətindən yazır. Bütün böyük dövlət başçıları Azərbaycan Prezidentinin ildırım sürətli hücumunu haqlı qərar kimi təqdir edir.

Bu ümumi təqdir havasında nə ermənilərin ənənəvi vay-şivəni eşidilir, nə də 30 ildir erməniyə silah verən, hər cür yardım göstərən, bizimlə ikili oyun oynayan aşağı-yuxarı imansızların səsi…

Doğrudan da Prezident nəyi nə vaxt necə həll etməyi yaxşı bilirmiş. Doğru zamanda doğru ölçülüb-biçilmiş doğru addım atılmışdı. Qərar qəti idi.

Erməni Radiosu ilə xalqına müraciət edən saxtakar N.Paşinyan dönə-dönə “Ey mənim qürurlu xalqım!” – desə də, bütün dünya Azərbaycan əskərinin qabağından ağlaya-ağlaya, bağıra-bağıra, sürünə-sürünə qaçan qorxaq ermənilərin “qürurunu” görür və gülürdü.

Prezident demişdi axı, hünəriniz varsa, bizimlə təkbə-tək gəlin!

Erməni vay-şivəni isə təzə məsələ deyil. Konfliktin lap ilk illərində də Erməni Radiosu saçını yolurdu ki, bəs qoymayın, Azərbaycanın Goranboy, Ağdərə rayonlarından zavallı ermənilər qaçqın düşüb, gəlib yığışıblar Sisyan rayonuna… O həyasızlara deyən olmurdu ki, nolsun, Azərbaycanın İrəvan, Zəngibasar, Basarkeçər rayonlarından da bizim camaat  qaçqın düşüb, gəlib yığışıblar Bakıya, Gəncəyə, Sumqayıta, Şamaxıya və b. regionlara. Əksinə, yastı-yastı danışırdı bizimkilər.

Yaxud Erməni Radiosu yekə-yekə deyirdi ki, bir qrup erməni deputatı “müşahidəçi” sifəti ilə “Dağlıq Qarabağa hücuma keçən” Azərbaycan döyüşçilərinin hərəkətini müşahidə edib araşdırmaq, ona “hüquqi qiymət vermək” üçün Qarabağa gedəcək… Yenə o vaxt onlara deyən olmurdu ki, erməni ölmək istəmirsə, ərazimizdən rədd olsun! Yenə cəsarətsizlik göstərirdilər.

Vaxtında bunlar deyilmədiyi üçün onlar addım-addım ərazimizə gəldilər və girdilər.

Hətta ilk illərdə ermənini yaxşı tanımayan diletant politoloqlar siyasi şərhlərində İrəvandakı vəziyyəti təhlil edərkən, sevinclə bildirirdilər ki: “Budur, artıq Prezident Levon Ter-Petrosyanın istefası məsələsi qoyulub, tezliklə yıxacaqlar”… Amma ermənini yaxşı tanıyanlar yaxşı bilird ki, məsələ bir nəfərlik deyil. Erməni müxalifəti L.Ter-Petrosyanı ona görə yıxmaq istəyir ki, adam Azərbaycana qarşı ləng siyasət yeridir, üç ildir Qarabağı ala bilmir, döyüşlərdə azəriləri tamamilə qırıb-çata bilmir… Yəni əgər sabah onlar məqsədlərinə çatsa, demək Ermənistanda Levondan daha əzazil, daha yırtıcı, daha təcavüzkar, daha qəddar olan birisini başa keçirəcəklər. Qarabağ məsələsini tez həll etsin deyə.

Elə də olurdu. L.Ter-Petrosyandan sonra daha əzazil, daha yırtıcı, daha təcavüzkar, daha qəddar olanlar gəlirdi: Köçəryan, Sarqsyan, Paşinyan… Və hər gələn tülkü siyasətlə  “Qarabağ arzusunu” yaxınlaşdırmaq üçün məsələnin həllini uzadırdı…

Ermənini yaxşı tanımayan bizim bəzi naşı ictimai-siyasi xadimlərin, politoloqların sızıltılı proqnozları isə öz camaatımızı çaşdırmaqdan başqa bir şeyə yaramırdı. Necə ki, saxtakarların əlaltısı olan  bəzi saxta KİV-lərimiz və saxtakar “media kapitanlarımız” da hətta ötən illərdə də  maymaqcasına “İrəli, Paşam!” deyib küçələrdə sülənən Nikol Paşinyanın seçkisinə ümid bəsləyirdi…  Bu qədər cahillik!

Paşinyan irəli gəldi və daha həyasız bəyanatlar verdi. Dedi “Qarabağ Ermənistandır, nöqtə.” Dedi “Şuşa paytaxt olacaq”. Getdi Şuşada toplantı keçirtdi, yedi-içdi, yallı oynadı. Oğlunu Qarabağa əsgər göndərdi. Arvadının əlinə lülə verib Cıdır düzündə qarnı üstə snayper məşqinə uzatdı…

Amma bütün deyilməli kəskin ittihamları Azərbaycan Prezidenti bütün dünyanın gözü  qarşısında açıq mətnlə onların üzünə oxudu. “Ölmək istəmirsinizsə, rədd olun!”, – dedi!

Paşinyan Azərbaycana meydan oxuyanda bir məqamı unutmuşdu: o, bizə məxsus qədim torpaqlarda yaradılmış oyuncaq bir ölkənin küçələrində qaraçı kimi sülənib xarici ağalarının dəstəyi ilə yuxarı başa çıxan birisidir. Azərbaycan Prezidenti isə qədim və zəngin mədəniyyətə, şanlı tarixə malik qocaman bir ölkədə görkəmli dövlət xadiminin evindən çıxıb ölkə idarəçiliyinə gələn rəhbərdir. Onların dövlətçilik təcrübəsi, idarəetmə bacarığı və dünyagörüşlərindəki fərqlər, səviyyələrdəki ciddiyyət başqa-başqadır.

Bunu nəzərə almayan küçə şoumeni orda-burda nə qədər təlxəklik edib yekəxana danışsa da, Şuşada Yallı tamaşası göstərsə də, oğlunu, arvadını oyun aləti etsə də, Azərbaycan Prezidenti səbrlə dözüb məqamı gözlədi. “Biz nəyi nə vaxt necə etməyi yaxşı bilirik”,- dedi.  Dedi və durub-durub da anidən dediyini elədi.

Düşmənə o qədər anidən qəfil zərbə endirildi ki, düşmən gözünü açanda başının üstündə ucalan zəhmli Azərbaycan əskərinin çəkmələrini gördü; şoka düşdü, qorxusundan “Vay, mama!” bağırdı. Zərbənin təsiri o dərəcədə şiddətli oldu ki, hətta Prezident vaxtilə Paşinyana deyəndə ki, yox, ay erməni, “Qarabağ – Azərbaycandır və nida!” – buna ağız büzən iç opponentlərini də bu qəfil zərbə tərksilah etdi. Bir güllə ilə neçə dovşan vuruldu…

Beləcə xalq 30 illik əzablardan sonra bir səhər şirin yuxudan ayılıb gördü ki, Ali Baş Komandan əmr verib, Ordumuz işğalda olan torpaqların azadlığı uğrunda hücuma keçib, igid əskərlərimiz ard-arda kəndləri, rayonları azad edə-edə gedirlər… Və bu daha yuxu deyil. Bu yuxudan da şirin olan böyük bir həqiqətdir. Düşmənin başına həqiqətən od ələnir, keçilməz sayılan istehkamlar həqiqətən darmadağın edilir, lovğa ermənilər “Vay, Türklər gəlir!” – deyib həqiqətən əskərlərimizin qabağından qaçırlar.

Axı Prezident demişdi, – “Erməni, ölmək istəmirsənsə, torpaqlarımızdan rədd ol”… Niyə vaxtında rədd olmadın?!

30 il kədər içində göz yaşı axıdan gözəl xalqımız nəhayət, sevincdən doğan göz yaşları axıtdı. Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələri yaşanır. Bu tarixi yaradan –  Xalq, Rəhbər və Ordu birliyidir.

Daha xalq yeraltı çaylardan xəbərdardır. Bilir ki, əvvəlcə bir küncdə sığınacaq istəyən nankorlar, özünə yer elədikcə Göyçəni, Zəngəzuru da istədi. Sonra isti qucaqlarda kürəyi qızışdıqca Qarabağı, Dağı, Aranı istədi… Sonra  Naxçıvanı, Tovuzu, Gəncəni ver, dedi…

Daha xalq ermənini yaxşı tanıyır. Bilir ki, erməni elə ermənidir! Elə bir toxumdur ki, nə bəladan bezməz, nə barışıq sevməz, nə də dinc yaşamaq istəməz! Hamı bilir ki, bu erməni ilə o erməni eynidir: prezidenti də, deputatı da, hərbiçisi də, diplomatı da, kəndlisi də, şəhərlisi də, kişisi də, qadını da, ağı da, qarası da… Odur ki, hamı gərək yarasına duz basıb bir də yuxuya getməyə. Oyaq qala və sayıq ola.  Qaraca çobanın çomağı da həmişə yanında!

Bu 30 ildə hamı gördü ki, biz nə qədər Mamedyarovsayağı yastı-yastı danışıb, “pişim-pişim” eləsək də, erməni Azərbaycanı sevmir, sevməyəcək də! Çünki iştahı çox  böyükdür – Qaradan Xəzərə qədər… Çünki bu peşənin idimi budur: o, nifrətdən yoğrulub, dikələn kimi hikkədən qaynayır, coşur… Sonra dərsini alıb dincəlir… Sonra yenə… yenə… Ta qədim hökmdarlar dövründən bəri bu belədir. Zaman-zaman qaynayıb, coşub, həddini aşıb, sonra böyük hökmdarlardan dərsini alıb, dincəlib… Bunun o yan-bu yanı yoxdur, hamısı bir “yan”dır!

İndi də onlara Azərbaycan Prezidenti dərs verir.

Bu tarixi dərsin yekun məşğələsi Şuşada olacaq: bütün qanı qayna-yan və qolu oyna-yanları oracan qovub, orda son dəfə yallı oynadacaq.

İnşallah!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*