Tarixin ən böyük ədəbiyyat bayramı Bakıda keçiriləcək – FOTObackend

Tarixin ən böyük ədəbiyyat bayramı Bakıda keçiriləcək - FOTO

Varis Yolçuyev, tanınmış yazıçı

Konkret.az tanınmış yazıçı Varis Yolçuyevin “Bakıya tarixin ən böyük ədəbiyyat bayramı gəlir!” xəbərini təqdim edir:

“BMT-nin himayəsi, LiFFt fondu, Avrasiya Millətlər Assambleyası və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçiriləcək LiFFt ədəbiyyat festivalı!!!

Dünya şöhrətli kolumbiyalı yazar, canlı əfsanə Fernando Rendon, alternativ Nobel (Montale) mükafatı laureatı italiyalı Paolo Ruffilli, Qonkur mükafatı laureatı fransız Jan Kristoff Rufin, beynəlxalq poeziya festivalının rəhbəri, yunan Koisus Kristos, Avropada ustad dərslərinə 6 ay öncədən növbə tutulan polyak Kşiştov Zatravski, ABŞ-ın milli kitab mükafatı laureatı, “Dəmir Con” kitabıyla 62 həftə New York Times bestsellerlər siyahısına başçılıq edən Robert Blay, MDB məkanının və türk dünyasının ünlü yazarı qazax Oljas Süleymenov, Moskvadakı Qorki adına ədəbiyyat institutunun rektoru Aleksey Varlamov, qitənin ən nüfuzlu Premio Euopain Veri – poeziya mükafatı laureatı türk Turqut Tanyol, Kembric universitetinin tanınmış ədəbiyyat professoru Riçard Baumqarten, dünyanın ən böyük teatrlarında əsərləri tamaşaya qoyilan israilli İdo Natanyahu, Norveçin, Portuqaliyanın, Yaponiyanın, Çinin 2018-ci ilin yekunlarına görə ən yaxşı şairləri… Və daha kimlərin qatılacağı festivala qeydiyyatın son həftəsinə daxil oluruq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*