“Teatrlar çox aşağı səviyyədədir, biabırçılıqdır” – Türkmənistan prezidentibackend

"Teatrlar çox aşağı səviyyədədir, biabırçılıqdır" - Türkmənistan prezidenti

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov son vaxtlar respublika teatrlarında ölkənin uğurlarını və xalqın xoşbəxt həyatını tərənnüm edən yeni bir tamaşanın səhnəyə qoyulmamasından bərk qəzəblənib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, dövlət başçısı çıxışında teatrların çox aşağı səviyyədə olmasından gileylənib.

Beridəməhəmmədov mənəvi və mədəni irsin öyrənilməsi və populyarlaşmasının lazımi səviyyədə təşkil olunmamasından, gənc istedadların üzə çıxarılması ilə bağlı işlərin lazımi səviyyədə aparılmamasından ciddi narazılığını bildirib.

Prezident xüsusilə vurğulayıb ki, Türkmənistanda heç bir əhəmiyyətli mədəni tədbirlərin təşkil edilməməsi ölkədə olan biabırçılıqdan xəbər verir.

Nazir mədəniyyət naziri Atageldi Şamıradova işindəki ciddi nöqsanlara görə son xəbərdarlıqla töhmət verib.

Türkmənistan ziyalıları isə çaşqınlıq içindədir. Onlar ölkə liderinin tam olaraq nəyə görə qəzəbləndiyini müəyyən edə bilməyib.

Söhbətin nədən getdiyi bəlli deyil. Axı söhbət hansı teatr tamaşalarından gedir ki, ölkədə qeyri-müəyyən vəziyyətdə kütləvi tədbirlər keçirilmir. Respublikanın dövlət mediası mütəmadi olaraq gənc istedadlar üçün müsabiqələr barədə geniş məlumatlar versə də, prezident nədən narazıdır?

Qeyd edək ki, hələ 2012-ci ildə növbəti prezident seçkilərindən sonra Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda güc və xoşbəxtlik dövrünün başlanğıcını elan edib. Beş il sonra prezidentin arxivi eyni adlı bir monoqrafiya nəşr etdiib. (“Türkmənistan güc və xoşbəxtlik dövründə”). Nəşr respublikanın tərəqqisindən bəhs edib, dövlət başçısının universal siyasəti və yorulmaz fəaliyyəti ilə bağlı tezisləri dərc edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*