TƏBİB-dən TURKOVAC-ın Azərbaycandakı sınaqları ilə bağlı AÇIQLAMAbackend

TƏBİB-dən TURKOVAC-ın Azərbaycandakı sınaqları ilə bağlı AÇIQLAMA

Türkiyənin koronavirusa qarşı ilk yerli peyvəndi olan TURKOVAC-ın sınaqları Azərbaycanda da aparıla bilər.

KONKRET.az-a TƏBİB-dən bildirilib ki, hazırda TURKOVAC vaksininin sınaqlarının keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in Elmi Şurası yanında müzakirələr aparılır. Bu barədə ətraflı məlumat ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca TURKOVAC-ın təcili istifadə üçün müraciət mərhələsinə çatdığını və müsbət cavab gələcəyi təqdirdə, oktyabrdan kütləvi istehsalına başlanılacağını qeyd edib..

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay isə ötən gün bildirib ki, peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*