Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa (COVID-19) qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı məlumat yayıb.
KONKRET.az TƏBİB-ə istinadən xəbər verir ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə,vaksinin effektivliyi 92 faizdir.
Həmçinin qeyd edilib ki, insanda yaratdığı immunitetin müddəti minimum 1 ildir, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib.

