Yanvarın 30-da Təbrizdə bir qrup təqaüdçü etiraz aksiyası keçirib.
KONKRET.az Təbriz Turan TV-yə istinadən xəbər verir ki, narazı təqaüdçülər cari ayda üçüncü dəfə olaraq Şərqi Azərbaycan əyalətinin Sosial Təminat İdarəsinin qarşısına toplaşıb.
Etirazçılar bundan öncə davamlı səsləndirdikləri “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul, istefa-istefa” məzmunlu şüarları yenidən səsləndiriblər. Bu, yanvar ayında təbrizli təqaüdçülərin keçirdiyi üçüncü aksiyadır və bundan öncə onlar eyni istəklərlə yanvarın 16 və 23-də etiraz aksiyası keçiriblər.
