Samux rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zazalı ərazisində qeydə alınıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qəzanın təfərrüatı araşdırılır.
