TƏCİLİ: Zelenski bu tarixdə Moskvaya gedə bilər – Peskov AÇIQLADIbackend

TƏCİLİ: Zelenski bu tarixdə Moskvaya gedə bilər - Peskov AÇIQLADI

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin açıq məktubu ilə hələ tanış olmayıb.

KONKRET.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında deyib ki, məktub Kreml tərəfindən görülüb, lakin dövlət başçısı onunla birbaşa tanışlıq imkanına malik olmayıb.

“Bəli, biz onu görmüşük. Prezident Özbəkistan liderinin işçi səfəri çərçivəsində tədbirdə olduğu vaxt bu məktub yayımlanıb. Putinin hələlik onunla tanışlıq imkanı olmayıb”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, məktub daha sonra Prezident Putinə məruzə olunacaq.

Kreml rəsmisi həmçinin qeyd edib ki, əgər Zelenski Vladimir Putinlə görüşmək istəyirsə, o, Moskvaya gələ bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*