Cənubi Koreyada paytaxt Seuldan 300 kilometr cənubda yerləşən Sacheon şəhərində “Air-Force KT-1″ tipli iki təlim-məşq təyyarəsi havada toqquşub.
KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyinin məlumat yayıb.
Toqquşmadan sonra təyyarələr düyü sahəsinə düşüb. Qəzada 3 pilot həlak olub, bir nəfər ağır xəsarətlərlə xilas edilib.
Hadisə yerinə 30-dan çox yanğınsöndürən və təcili tibbi yardım göndərilib.
İqbal Rzayev,
KONKRET.az
