Terrorçu daşnaklar əlacsız şəkildə Ter-Petrosyanın başına yığışdı…backend

Terrorçu daşnaklar əlacsız şəkildə Ter-Petrosyanın başına yığışdı...

17 oktyabrda Ermənistan Respublikasının siyasi qüvvələri ilə aparılan məsləhətləşmələr çərçivəsində  terrorçu “Daşnaksütyun”  partiyası bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan, Ermənistan respublikasının ilk prezidenti Levon Ter-Petrosyan ilə görüşüb.

 KONKRET.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası “Daşnaksütyun” ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat yayıb.
“Görüş zamanı tərəflər Ermənistan-Qarabağa qarşı edilən Türkiyə-Azərbaycan təcavüzü nəticəsində yaranan vəziyyəti müzakirə ediblər”. Terrorçu partiyanın məlumatında belə deyilir.
P.S. İşğalçı ölkənin terrorçu hərbi-siyasi rəhbərliyi ilə yanaşı, eləcə də digər müxalif siyasi dairələri də Azərbaycan Ordusunun müzəffər yürüşü qarşısında başlarını itirərək çıxış yolu axtarır, saman çöpündən imdad umurlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*