Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: “Doğma Qazaxıstana icazəsiz gələcəm”backend

Terrorçuların siyahısına salınan erməni jurnalist danışdı: “Doğma Qazaxıstana icazəsiz gələcəm

Rusiyalı rejissor və teleaparıcı Tiqran Keosayan Qazeta.ru-ya deyib ki, o, Qazaxıstana girişin qadağan edilməsini və terrorçularla eyni siyahıya salınmasını “yumor” kimi qarşılayır.

KONKRET.az xatırladır ki, cümə günü KazTAG agentliyi öz mənbələrinə istinadən bildirib ki, Rusiyada yaşayan erməni jurnalist Marqarita Simonyanın əri Qazaxıstanda qara siyahıya salınıb.

Keosayanın sözlərinə görə, elə bir məqam gələcək ki, o, ölkə hakimiyyətindən icazə istəmədən Qazaxıstana gələcək.

“Mən elə davranıram ki, sanki vətənim mənə orden verib. Sadəcə gülməlidir, Yəqin ki, çox ağrılı və onlarda inanılmaz qorxuya səbəb olan bir nöqtəyə toxundum. Ona görə də jurnalist işini düzgün yerinə yetirmişəm. Mən mütləq Qazaxıstana gələcəm. Qazaxıstanın hakimiyyət orqanlarından icazə istəməyəcəyəm. Elə bir an gələcək ki, mən mütləq doğma sovet Qazaxıstanıma, bir daha təkrar edirəm, böyüdüyüm Qazaxıstana gələcəyəm”, – Keosayan əminliklə bildirib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*