backend

Tərtərdə doğuş zamanı körpə öldü

Tərtər rayonunda yeni doğulan körpə doğuş zamanı ölüb.

KONKRET.AZ xəbər verir ki, hadisə Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü Axundova İlahə Eldar qızı gecə saatlarında xəstəxananın doğum şöbəsinə müraciət edib. Doğuş zamanı körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*