Teymur Rəcəbov Dünya Kubokunun yarımfinalındabackend

Teymur Rəcəbov Dünya Kubokunun yarımfinalında

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.

KONKRET.AZ-ın məlumatına görə, bu gün Dünya kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirlib.

Dünya kubokunda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov ABŞ-ı təmsil edən 18 yaşlı Cefri Ksionqu məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Teymurun yarımfinaldakı rəqibi sabah tay-brek oynayacaq Maksim Vaşye-Laqraf-Levon Aronyan cütünün qalibi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*