Meksikanın Temiksko şəhərində ikimühərrikli “Beecraft King Air 90” təyyarəsi supermarketə çırpılıb.
KONKRET.az TRT-yə istinadən xəbər verir ki, Morelos Mülki Müdafiə rəsmilərinin verdiyi açıqlamada qəza nəticəsində 3 nəfərin həyatını itirdiyi, 5 nəfərin yaralandığı bildirilib.
Açıqlamada həyatını itirənlər arasında təyyarənin pilotu 47 yaşlı Maurisio, 34 yaşlı ikinci pilot Paulina və 46 yaşlı sərnişin Alejandra olduğu bildirilib.
Yaralılar müalicə olunmaq üçün xəstəxanaya aparılıb.
Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil.Hadisə ilə bağlı Morelos Baş Prokurorluğunda araşdırma başlanıb.
İqbal Rzayev,
KONKRET.az






