Böyük ekosistemə malik “Titanik” gəmisi on il ərzində tamamilə məhv ola bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 1912-ci il aprelin 10-da İngiltərədən Nyu-Yorka yola düşən gəmi, Atlantik Okeanında aysberqə toqquşub, ikiyə bölünüb və batıb.
Alimlərin fikrincə, 1985-ci ildə tapılan gəminin qalıqları illərdir sualtı mikroorqanizmlər tərəfindən məhv edilib. Təxminən 4000 metr dərinlikdə olan gəmi yaxın onillikdə yoxa çıxa bilər. Yüz on ildir su altında qalan gəminin əsasını təşkil edən dəmir skeleti sualtı orqanizmlər yeyir. Kövrək qalıqlar yavaş-yavaş əriyir və dəniz axınları ilə daşınır.
Mütəxəssislər suyun altındakı canlıların dərinlikdə daha yaxşı tədqiq edilməsi üçün gəminin tamamilə məhv edilməsindən əvvəl nümunələrin götürülməsi lazım olduğunu bildiriblər.
İqbal Rzayev,
KONKRET.az
