Tokayev: “Etirazçılara qarşı repressiya olmayacaq”backend

Tokayev: "Etirazçılara qarşı repressiya olmayacaq"

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

“Etiraz əhval-ruhiyyəsi, məlum olduğu kimi, dünyanın bütün ölkələrində mövcuddur. Polisə gəlincə, onlar qanunauyğun şəkildə hərəkət edəcəklər. Etirazçılara qarşı repressiv tədbirlər olmayacaq”.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. Qazaxıstan prezidenti bildirib ki, hakimiyyət müxalifətin mitinqləri ilə bağlı müstəsna qanunlar çərçivəsində hərəkət edəcək.

Qeyd edək ki, ölkədən cinayət məsuliyyətindən qaçan “Qazaxıstanın Demokratik Seçimi” ekstremist hərəkatının lideri Muxtar Ablyazov bugünkü seçkilərə qarşı mitinqə çağırşı edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*