“Torpağını təslim edən xain, yalançı”- Paşinyana qarşı kəskin ittihamlar artırbackend

“Torpağını təslim edən xain, yalançı”- Paşinyana qarşı kəskin ittihamlar artır

Bu gün Nikol Paşinyan özünün Facebook səhifəsində canlı yayım açaraq, 44 günlük müharibə ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. O, Azərbaycan tərəfindən geri alınan Şuşa qalasının “Artsax”ın  mədəni paytaxtı olması ilə bağlı açıqlamasında nəyi nəzərdə tutduğunu izah etməyə çalışıb. Şuşa barədə dediklərini medianın manipulyasiyası kimi qələmə verib.

Xatırladaq ki, yanvarın 20-də Ermənistan parlamentindəki hökumət saatında müxalifətçi millət vəkili Naira Zohrabyanın sualını cavablandıran Paşinyan demişdi ki, “Şuşa azərbaycanlılardan azad olunmazdan əvvəl (şəhər 1992-ci ildə erməni qüvvələri tərəfindən işğal edilmişdi – red.) əhalinin 90% və ya daha çoxu azərbaycanlılar idi… Yəni demək istəyirəm ki, əhalisinin 90%-i azərbaycanlılar olan  Şuşa necə erməni şəhəri ola bilər?”.

KONKRET.az xəbər verir ki, Paşinyan Şuşa barədə danışarkən, ermənilər tərəfindən kəskin ittihamlarla üzləşib, izləyiciləri onu “torpağını təslim edən xain, yalançı” adlandırıblar.

Rəylərdə daha sonra aşağıdakı fikirlər də öz əksini tapıb:

“İndi Şuşa ermənilərindir, yoxsa yox?”.

“Bir həyət uşağı kimi danışırsan! Axmaq lider!”.

“Nağıllar saatı. Diqqətlə qulaq asın”.

“Aktyorluq sahəsində yaxşı potensialınız var. Başınıza nə düşməlidir ki, ayılasınız? Nəhayət, susun!”.

“Axmaq demoqoq”.

“İnformasiya manipulyasiyasında ustasınız…”.

“Pis, cənab Paşinyan, səninlə hər şey çox pis!”.

“Nikol bir türkün qürurudur”.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*