Tovuz və Goranboyda piyadaları avtomobil vurdubackend

Tovuz və Goranboyda piyadaları avtomobil vurdu

Tovuz və Goranboy rayonlarında piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, Tovuz rayonunda 1940-cı il təvəllüdlü C.Mehdiyevi avtomobil vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Goranboy rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Belə ki, 2005-ci il təvəllüdlü R. Pənəhovu minik avtomobili vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*