Tovuz və Goranboy rayonlarında piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az xəbər verir ki, Tovuz rayonunda 1940-cı il təvəllüdlü C.Mehdiyevi avtomobil vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Goranboy rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Belə ki, 2005-ci il təvəllüdlü R. Pənəhovu minik avtomobili vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.