backend

Toydan çıxan sərxoş kişini yük maşını vurdu

Oğuzda toydan çıxan sərxoş kişini avtomobil vurub.

KONKRET.AZ xəbər verir ki, bu gün axşam saatlarında Oğuz rayonu Padar kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan yük avtomobili 51 yaşlı Şəki rayon sakini Kamil Hüseynovu vurub.

Yaralı dərhal Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, yaralanan Kamil Hüseynov Oğuz rayonunda toy şənliyində iştirak edib və hadisə zamanı onun sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*