Tramp prezidentliyinin ilk günlərindən verdiyi sərəncamların sayına görə rekorda imza atıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, Tramp prezident kimi 9 gün ərzində rekord sayda icra sərəncamı imzalayıb.
“Tramp iki həftədən az müddətdə 38 sərəncam imzalayıb. ABŞ-ın hazırkı liderinin sələflərindən yalnız Co Bayden və Harri Trumen vəzifədə olduqları ilk yüz gün ərzində 40-dan çox fərman verməyə nail olublar. Tramp prezident səlahiyyətlərini genişləndirmək üçün ABŞ administrasiyasının işində dəyişikliklər edir”, – nəşr vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az