“Mən olmasaydım Honq Konq 14 dəqiqəyə yer üzündən silinmiş olardı”.
KONKRET.AZ bildirir ki, “Fox News” kanalında yayımlanan “Fox & Friends” proqramına telefonla bağlanan ABŞ prezidenti Donald Tramp Çinin Honq Konq bölgəsindəki etiraz aksiyaları ilə bağlı açıqlama verib:
“Mən olmasaydım Honq Konq 14 dəqiqəyə yer üzündən silinmiş olardı. Çin prezidenti Şi Cinping Honq Konqun yaxınlğına bir milyon əsgər toplamışdı. Sırf mən istəmədim deyə əsgərlər bölgəyə daxil olmadı. Mən Çin prezidenti Si Cinpinə bunun ticarət anlaşmasına böyük təsiri olacağını dedim”.
Tramp Çinə qarşı Honq Konqu qoruduğunu dilə gətirib. Çin ilə bağlanan ticarət müqaviləsinin önəmli olduğunu deyən Amerika Prezidenti Honq Konqla yanaşı Çin lideri Sinin də yanında olduğunu vurğulayıb.
Qeyd edək ki, Honq Konqda iyun ayından cinayət və təcavüz kimi ittihamlarla saxlanılan şüphəlilərin Çinə təhvil verilməsi ilə bağlı qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilir. Son həftələrdə etirazçılar və polis arasında qarşıdurma və zorakılıqların sayı artıb. Qanun layihəsi oktyabrın 23-də rəsmi olaraq geri alınsa da, etirazçılar “demokratik islahat” tələb edərək etirazları davam etdirməyə qərar verib.
Nümayişçilər 5 tələb irəli sürür. Qanun layihəsinin geri götürülməsi, etiraz aksiyalarının “üsyan” kimi başa çatması, polis zorakılığının araşdırılması üçün müstəqil komissiya yaradılması, həbs olunan etirazçılara amnistiya verilməsi və şəhərdə siyasi islahat prosesinin bərpa edilməsi.
Rəsmi məlumata görə, iyun ayından etibarən Hong Kongda 5000-ə yaxın etirazçı saxlanılıb.
KONKRET.AZ