Trampdan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMAbackend

Trampdan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp bildirib ki, TRIPP layihəsi Mərkəzi Asiya regionunun iqtisadi inkişafına mühüm təsir göstərəcək.

KONKRET.az xəbər verir ki, Amerika lideri layihənin Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi razılaşmadan sonra mümkün olduğunu xatırladıb.

“Bu, dünyanın iqtisadi baxımdan mühüm bölgəsindən keçən bir yoldur. Layihə Xəzər dənizinin digər tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək. Əminəm ki, bu gün burada iştirak edən hər bir ölkə razılaşmamızın yaratdığı fürsətlərdən istifadə edərək sülhün imkanlarından yararlanacaq”, – deyə ABŞ prezidenti Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilə Ağ Evdə keçirilən görüşdə qeyd edib.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*