Yanvarın 11-də Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, videokonfrans formatında baş tutacaq iclasın əsas mövzusu Qazaxıstandakı vəziyyət olacaq.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Aksiyalar hələ də davam edir.
