Türk Hava Yolları İdarə Heyətinə yeni sədr TƏYİN OLUNDUbackend

Türk Hava Yolları İdarə Heyətinə yeni sədr TƏYİN OLUNDU

Türk Hava Yolları (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı tutduğu vəzifədən istefa verib.

KONKRET.az-ın xəbərinə görə, Aycının yerinə İnvestisiya və Texnologiya üzrə Baş Direktor Köməkçisi Ahmet Bolat gəlib.

Qeyd edilir ki, THY İdarə Heyətinin sədri İlker Aycı yanvarın əvvəlində yanacağın bahalaşmasından sonra başlayan etirazlar səbəbilə Qazaxıstanda qalıb. Həyat yoldaşı ilə yük təyyarəsində Türkiyəyə qayıdan Aycının komanda yoldaşlarını orada qoyması tənqidlərə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*