Türk Hava Yolları İdarə Heyətinin sədri İlker Aycı istefaya qərar verib.
KONKRET.az Türkiyə mediasına istinadla xəbər verir ki, Aycı qərarını İdarə Heyətində açıqlayacaq.
Son günlər güclü qar səbəbindən İstanbul hava limanında reyslər dayandırılıb. Hava limanında qalan sərnişinlərin etirazı getdikcə artıb. “Otel istəyirik” şüarları səsləndirən sərnişinlər çevik polis tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, İstanbul hava limanı Avropanın ən işlək hava limanıdır. O, Şimali Amerika, Avropa və Asiyadan uçuşlara xidmət edir. M minlərlə sərnişin reyslərin təxirə salınmasından əziyyət çəkir.
Qarın yağması nəqliyyatın hərəkətini də pozub, pis hava şəraiti böyük tıxaclara səbəb olub.
Xuraman Etibarlı,
KONKRET.az
