Türk Hava Yollarına məxsus təyyarə buna görə məcburi ENİŞ ETDİbackend

Türk Hava Yollarına məxsus təyyarə buna görə məcburi ENİŞ ETDİ

Türk Hava Yollarına məxsus İstanbul-Barselona reysi ilə uçan təyyarə laynerin yük hissəsində sensorların işə düşməsi səbəbindən hava limanına qayıdıb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, sensorlar durian adlı tropik meyvənin qoxusundan işə düşüb.

Məlumata görə, təyyarənin pilotu kəskin qoxuya görə ehtiyat tədbiri olaraq Bolqarıstanın hava məkanından İstanbul Hava Limanına qayıtmaq qərarına gəlib. Daha sonra sərnişinlər başqa təyyarə ilə Barselonaya uçublar.

Qeyd edək ki, durianın son dərəcə kəskin qoxusu var, buna görə bəzi ölkələrdə bu meyvənin ictimai yerlərdə aparılması qadağandır. Xüsusilə, Sinqapurun müəyyən ərazilərində üzərində durian piktoqramı olan qadağan nişanları yerləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*