Türk şirkətləri Qarabağda işlərə başlayıb – Baş nazirbackend

Türk şirkətləri Qarabağda işlərə başlayıb - Baş nazir

Tarixi Vətən müharibəsində zəfərindən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işləri başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır.

KONKRET.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ankarada keçirilən Ankarada Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.

“Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanın layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*