Türk turistin hərəkəti Tayland polisini ayağa qaldırdıbackend

Türk turistin hərəkəti Tayland polisini ayağa qaldırdı

Taylandda baş vermiş hadisə ölkə gündəminin bir nömrəli xəbərinə çevrilib.

Ölkənin turizm şəhərlərindən olan Puketdə motosikletini qaydalara zidd park edən Türkiyə vətəndaşı cərimələnib.

KONKRET.az xəbər verir ki, polis Kasikorn Bankının yaxınlığındakı Phang Nga küçəsində yanlı. Polis yanlış park edilən və 35 yaşında olduğu bildirilən Alper Polata məxsus motosikletin təkərinə zəncir bağlayıb. Türk turist isə zənciri kəlbətinlə qıraraq onu uzaqdan videoya çəkən şəxsə “sus” işarəsi verib.

Motosikletin orada olmadığını görən səlahiyyətlilər hadisə ilə bağlı araşdırma başladıb. Polatın hərəkəti sosial mediada böyük əks-səda doğurub və bu görüntülər yerli mediada tənqid olunub.

Polis artıq Polatın izinə düşdüyünü açıqlayıb. O, “Yol hərəkəti haqqında” Qanunun 159-cu maddəsinə əsasən “avtomobilin idarəetmə avadanlığını zədələməyə, məhv etməyə, dəyərini azaltmağa və ya yararsız hala salmağa cəhd” maddəsi ilə ittiham olunur. Polat həmçinin Cinayət Məcəlləsinin 80-ci maddəsi ilə “cinayət törətməyə cəhd” maddəsi ilə günahlandırılır.

Natiq Səlim,

KONKRET.az

  • GARACHANTA
    Aprel 30, 2024 - 18:25

    ARAZ marketler sebekesi son 1 il erzinde vaxti bitmis ve ya xarab qida mehsullarini millete sirimaga baslayib…Milletimiz diqqetli olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*