Türkiyədə xarici vətəndaşlığı olan terrorçuları öz ölkəsinə qaytarmaq mərkəzində deportasiya işləri tamamlanan altı Almaniya vətəndaşı Berlinə göndərilib.
KONKRET.AZ AzərTac-a istinadən xəbər verir ki, Almaniyaya deportasiya olunan terrorçulardan dördü qadındır.
Qeyd edək ki, Türkiyə hökuməti əksəriyyəti İŞİD terror təşkilatının üzvləri olan terrorçuların ölkədən deportasiyasına başlayıb.
