Türkiyə Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə hazırdırbackend

Türkiyə Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə hazırdır

“Türkiyə Avropaya ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə hazırdır. Əgər Avropa ölkələri müvafiq siyasi iradə nümayiş etdirsə, təbii qazın Trans-Balkan qaz kəməri ilə nəqli mümkündür”.

KONKRET.az TRT-yə istinadən xəbər verir ki, bunu Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin dayandırılması ilə bağlı Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.

“Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır. Əgər Avropa öz öhdəliklərinə siyasi iradə və sadiqlik nümayiş etdirsə və interkonnektorlara sərmayə qoysa, biz hər il Trans-Balkan Boru Kəməri ilə Mərkəzi və Şərqi Avropaya 10 milyard kubmetrə qədər qaz ixrac edə bilərik”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, yanvarın 1-də Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*