Türkiyə İranla ticarəti niyə dayandırıb? – Özcan Alaş AÇIQLADIbackend

Türkiyə İranla ticarəti niyə dayandırıb? - Özcan Alaş AÇIQLADI

Türkiyə İranla sərhəd-keçid məntəqələrini bağlayıb.

KONKRET.az xəbər verir ki, İranla Ticarətin İnkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bu qərarın səbəbini izah edib.

“Bu addım Türkiyənin yük maşınlarının İran ərazisindən keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb. İranla Azərbaycan sərhədindəki gərginliyə görə ölkələrimiz arasında ticarət dövriyyəsi tamamilə dayanıb”, – deyə Alaş söyləyib.

Xatırladaq ki, İran İsrailin Cənubi Qafqazda hərbi mövcudluğu barədə əsassız iddia ilə çıxış edərək Azərbaycan sərhədində hərbi təlimlər keçirib./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*