Türkiyə İsveçin NATO-ya müraciətinə baxılmasını təxirə saldıbackend

Türkiyə İsveçin NATO-ya müraciətinə baxılmasını təxirə saldı

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsinin müzakirəsini təxirə salmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, iclasa komissiyanın rəhbəri Fuat Oktay sədrlik edib. Gündəliyə İsveçin NATO-ya daxil olması ilə bağlı protokolla yanaşı təsdiq edilməsi tələb olunan yeddi beynəlxalq saziş və sənədlər daxil olub.

“TRT Haber” qeyd edir ki, bu sənədlərlə bağlı heç bir qərar qəbul edilməyib. Müzakirələrin yeni mərhələsinin tarixi daha sonra müəyyənləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*