Türkiyə mediası: “Azərbaycan müharibənin taleyini dəyişmək üçün hərəkətə keçdi!”backend

Türkiyə mediası: "Azərbaycan müharibənin taleyini dəyişmək üçün hərəkətə keçdi!"

Azərbaycan Dağlıq Qarabağ bölgəsində erməni işğalı altında 4 cinahdan irəliləməyə davam edir.

KONKRET.az xəbər verir ki, Türkiyənin milliyet.com saytı dərc etdiyi məlumatda bildirir ki, Azərbaycan Silahlı Qüvvələri Ağdərənin Madagizdəki strateji təpələri və Ermənistandakı 193-cü Xüsusi Qüvvələr Taburunun qərargahını ələ keçirib.

Sayt onu da xüsusi olaraq vurğulayır ki, Türkiyə Azərbaycanda davam edən Dağlıq Qarabağ münaqişəsinin ən böyük dəstəkçilərindən biridir. İki ölkə arasında 10 il əvvələ dayanan yaxın hərbi əməkdaşlıq daha da dərinləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*