Türkiyənin İdlib bölgəsində yerləşən müşahidə məntəqəsinin atəşə tutulması zamanı beş türk hərbçisi şəhid olub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Bildirilir ki, daha beş əsgər Əsəd ordusu tərəfindən atəşə tutularkən yaralanıb.
Ankara cavab atəşi açıb.
Türkiyənin Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Bundan əvvəl Türkiyə Prezidenti Tayyib Ərdoğan fevralın 3-də Suriya hökumət qoşunlarının hücumu nəticəsində beş Türk hərbçisinin və üç mülki şəxsin həlak olduğunu bildirib. Türkiyənin Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar bildirib ki, Ankara cavab olaraq Suriya hökumət qoşunlarının 76 hərbçisini ləğv edib.
Babək Göyüş
KONKRET.az
