Türkiyə müdafiə sənayesinin daha bir UĞURU: “Çakır” qanadlı raketi təqdim edildi – FOTO/VİDEObackend

Türkiyə müdafiə sənayesinin daha bir UĞURU: "Çakır" qanadlı raketi təqdim edildi - FOTO/VİDEO

Türkiyənin “ROKETSAN” şirkəti yeni nəsil “Çakır” qanadlı raketini təqdim edib.

KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, “ROKETSAN” şirkətində raketin təqdimatı keçirilib.

Təqdimatda verilən məlumata görə, ən müasir xüsusiyyətlərə malik “Çakır” qanadlı raketi sabit və fırlanan qanadlı təyyarələrdən, pilotsuz uçuş aparatlarından, dəniz və taktiki təkərli quru vasitələrindən, yerüstü platformalardan buraxılır və 150 kilometrdən çox mənzilə malikdir.

“Kale Arge” tərəfindən hazırlanmış yerli və milli KTJ-1750 turbo-reaktiv mühərriklə təchiz edilən “Çakır” bütün hava şəraitlərində müəyyən edilmiş hədəfləri yüksək dəqiqliklə vura bilir.

“Çakır” dəniz üzərində su səthinə çox yaxın məsafədə uçur və radaruducu quruluşu ilə düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını minimuma endirir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*