“Türkiyə ABŞ-a “Aksunqur” pilotsuz uçan aparatların (PUA) tədarükünü təklif edib”.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Aerokosmik şirkəti TUSAŞ-ın baş katibi Mehmet Dəmiroğlu CNN Türk-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı Amerika şirkəti ilə danışıqlar aparılıb. Dəmiroğlu qeyd edib ki, Türkiyənin Avropa və ABŞ-a silah satmaq potensialı var.
Rəsmiyyə Şərifova,
KONKRET.az