Türkiyə Prezidenti İrana səfər edəcəkbackend

Türkiyə Prezidenti İrana səfər edəcək

Türkiyə və İran Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu ilə Məhəmməd Cavad Zərif birgə mətbuat konfransı keçirib.

KONKRET.az xəbər verir ki, konfrans zamanı İran XİN rəhbəri Cavad Zərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfərinin gözlənildiyini açıqlayıb.

“Ticarət əlaqələrini köhnə günlərə qaytaracağıq. Bu gün tranzit, ticarət və enerji məsələlərində əməkdaşlığı müzakirə etdik. Əsas məqsədimiz iki ölkədə çalışan şirkətlərin problemlərini qarşılıqlı həll etmək idi. Türk şirkətlərinin İranda olması bizim üçün çox vacibdir.

Hörmətli Ərdoğanın İrana gəlməsini gözləyirik və bunun üçün bir tarix elan edəcəyik. Eyni zamanda, Astana formatında əməkdaşlığımızı davam etdiririk. Bu gün dialoq Suriyadakı müharibəni əvəz etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*