Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyaya və Ukraynaya müraciət edərək, münaqişə çərçivəsində enerji infrastrukturuna toxunmamağa çağırıb.
KONKRET.az xəbər verir ki, Bayraktar bunları deyib:
“Ümid edirik ki, bu dəhşətli müharibə tezliklə sona çatacaq. Amma bu gündən etibarən Rusiyaya və Ukraynaya müraciət edirik: enerji infrastrukturumuzu müharibəyə cəlb etməyin. Enerji axınlarının fasiləsizliyi təmin olunmalıdır”, – Bayraktar bildirib.
Eyni zamanda, Türkiyə Müdafiə Nazirliyi Qara dəniz hövzəsində təhlükələrin qarşısını almaq üçün tədbirlər gördüyünü açıqlayıb. TRT Haber-ə danışan nazirlik nümayəndəsi bildirib ki, Ukraynadakı müharibə ilə əlaqədar yaranan dəniz təhlükələrinə qarşı “regional məsuliyyət prinsipi” çərçivəsində addımlar atılır.
Müşviq Tofiqoğlu
KONKRET.az
