“Türkiyə var gücü ilə Azərbaycanın yanında olmağa davam edəcək” – Mustafa Şentopbackend

“Türkiyə var gücü ilə Azərbaycanın yanında olmağa davam edəcək” - Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ermənistanın Azərbaycana hücumuna münasibət bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Mustafa Şentop Türkiyənin Azərbaycanın yanında olmağa davam edəcəyini deyib:

“Mülki vətəndaşlara qarşı son hücumlar göstərir ki, Ermənistan, sadəcə, Azərbaycana qarşı bir təhdid deyil, bütün bölgədə sülh baxımından düzəlməyəcək bir terror dövlətidir və baş verəcəklərə görə yalnız o məsuliyyət daşıyır.

Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmağa davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*