Türkiyə və Britaniyanın müdafiə nazirləri arasında GİZLİ GÖRÜŞbackend

Türkiyə və Britaniyanın müdafiə nazirləri arasında GİZLİ GÖRÜŞ

Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyədə səfərdə olan britaniyalı həmkarı Ben Uolles Ankarada danışıqlar aparıblar.

KONKRET.az  xəbər verir ki, bu barədə informasiyanı “TRT World” nəşri rəsmi türk mənbələrinə istinadən yayıb.

Məlumata görə, görüş bağlı qapılar arxasında keçirilib. Bildirilir ki, müdafiə qurumlarının rəhbərləri Ukraynadakı müharibəni, terrorizmlə mübarizəni və müdafiə sənayesində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Taxıl məsələsinin həllinə də toxunulub.

Hulusi Akar mətbuata açıqlamasında Türkiyə ilə Böyük Britaniya arasında əlaqələrin strateji tərəfdaşlıq əsasında bütün sahələrdə davam etdiyini vurğulayıb. İndi nazirliklər müdafiə sənayesində ixrac lisenziyası məhdudiyyətlərinin ləğvi üzərində işləyir.

Türkiyəli nazir qeyd edib ki, müharibə şəraitində olan ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləməklə, regionda sülh və sabitliyin bərpası üçün ən qısa zamanda Ukraynada atəşkəs elan etmək lazımdır.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*